Bakıda avtomobil yolu keçən qadını vuraraq öldürüb

Bakıda avtomobil yolu keçən qadını vuraraq öldürüb Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
12 Sentyabr , 2019 11:30
Bakıda avtomobil yolu keçən qadını vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 11-də saat 8 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini E.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Pərvanə Şahbazovanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi