“Azercell” bu quruma məxsus transformatorda ölüm hadisəsinin baş verməsi xəbəri barədə açıqlama yayıb

“Azercell” bu quruma məxsus transformatorda ölüm hadisəsinin baş verməsi xəbəri barədə açıqlama yayıb Bakı. 29 mart. REPORT.AZ/ “Azercell Telekom” MMC bu quruma məxsus transformatorda ölüm hadisəsinin baş verməsi xəbəri barədə açıqlama yayıb.
Hadisə
29 Mart , 2018 17:29
“Azercell” bu quruma məxsus transformatorda ölüm hadisəsinin baş verməsi xəbəri barədə açıqlama yayıb

Bakı. 29 mart. REPORT.AZ/ “Azercell Telekom” MMC bu quruma məxsus transformatorda ölüm hadisəsinin baş verməsi xəbəri barədə açıqlama yayıb.

MMC-nin Mətbuat xidmətindən “Report”a daxil olan məlumatda deyilir: “Bu gün mətbuatda Yardımlı rayonunun Zevin kəndində qeydə alınan və 1975-ci il təvəllüdlü mühəndis Quliyev Xasay Ağakərim oğlununun ölümü ilə nəticələnən bədbəxt hadisə ilə əlaqədar kədərləndiyimizi bildirir və həmvətənimizin yaxınlarına dərin hüznlə başsağlığı veririk. Eyni zamanda “Azercell Telekom” MMC olaraq rəsmi şəkildə bildiririk ki, hadisə “Azercell Telekom” MMC-yə aid avadanlıqlar olan ərazidə baş verməyib və ümumiyyətlə, həmin ərazidə tərəfimizdən hər hansı təmir işləri aparılmayıb. Bundan başqa, “Loginet” MMC və yaxud Quliyev Xasay Ağakərim oğlu ilə “Azercell Telekom” MMC arasında əməkdaşlıq münasibətləri mövcud deyil, “Loginet” MMC “Azercell Telekom” MMC üçün heç bir xidmətin yerinə yetirilməsinə cəlb olunmayıb. Əlavə olaraq qeyd edək ki, 25.03.2018-ci il tarixdən bu günə qədər qeyd olunan sahədə “Azercell Telekom” MMC-yə məxsus radio baza stansiyanın fəaliyyəti generator vasitəsilə təmin edilib”.

Son xəbərlər

Orphus sistemi