Azərbaycan gömrükçüləri külli miqdarda xarici markalı siqaret və araq aşkar ediblər

Azərbaycan gömrükçüləri külli miqdarda xarici markalı siqaret və araq aşkar ediblər Bakı. 7 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş tütün məmulatlarının və spirtli içkilərin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Şərab evi adlı ticarət obyektində realizə olunması barədə əməliyyat məlumatı daxil olub.
Hadisə
7 Mart , 2018 14:32
Azərbaycan gömrükçüləri külli miqdarda xarici markalı siqaret və araq aşkar ediblər
Customs.gov.az

Bakı. 7 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş tütün məmulatlarının və spirtli içkilərin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "Şərab evi" adlı ticarət obyektində realizə olunması barədə əməliyyat məlumatı daxil olub.

“Report” DGK-ya istinadən xəbər verir ki, baş idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən dərhal zəruri əməliyyat tədbirləri keçirilib. Nəticədə həmin ticarət obyektinə keçirilmiş baxış zamanı Azərbaycan vətəndaşı Məmmədov Rəhman Nəriman oğluna məxsus müvafiq aksiz markaları ilə markalanmamış külli miqdarda xarici markalı siqaretlər və araqlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi