AZAL-ın sərnişin təyyarəsi texniki səbəbdən Pekinə geri qayıdıb

AZAL-ın sərnişin təyyarəsi texniki səbəbdən Pekinə geri qayıdıb Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub
Hadisə
20 İyun , 2017 00:50
AZAL-ın sərnişin təyyarəsi texniki səbəbdən Pekinə geri qayıdıb
Courtesy İmage

Bakı. 20 iyun. REPORT.AZ/ Pekindən Bakıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdıb.

AZAL-dan "Report"a verilən xəbərə görə, havaya qalxdıqdan sonra "Boeing 767" hava gəmisinin komandiri geri qayıtmaq qərar qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.

Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.

Son xəbərlər

Orphus sistemi