​Axtarışda olan Türkiyə vətəndaşı Azərbaycanda həbs edilib

​Axtarışda olan Türkiyə vətəndaşı Azərbaycanda həbs edilib O, Türkiyə Cinayət Məcəlləsinin 19.1-ci maddəsi ilə axtarışda olub
Hadisə
2 Aprel , 2016 11:33
​Axtarışda olan Türkiyə vətəndaşı Azərbaycanda həbs edilib

Bakı. 2 aprel. REPORT.AZ/ Axtarışda olan Türkiyə vətəndaşı Azərbaycanda həbs edilib. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkiyə Cinayət Məcəlləsinin 19.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Türkiyə vətəndaşı Hikmet Kaynar tutulub.

Son xəbərlər

Orphus sistemi