Arvadına və qayınatasına xəsarət yetirən şəxsin məhkəməsi başlayır

Arvadına və qayınatasına xəsarət yetirən şəxsin məhkəməsi başlayır Bərdədə qayınatasına və həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən Rəhman Quliyevin barəsində ibtidai istintaq başa çatıb.
Hadisə
19 Avqust , 2019 13:20
Arvadına və qayınatasına xəsarət yetirən şəxsin məhkəməsi başlayır

Bərdədə qayınatasına və həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən Rəhman Quliyevin barəsində ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Faiq Mahmudovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, Ağdam rayonundan məcburi köçkün olan Quliyev Rəhman Baxşeyiş oğlu ilə Bərdənin Mirzəxan kənd sakini 1960-cı il təvəllüdlü Rizvan Məmmədovun qızı Nuranə Quliyeva ailə quraraq həmin kəndində məskunlaşıb. Ailədaxili problemlərlə əlaqədar qadın atasının evinə gələrək bir müddət orada yaşayıb. Mayın 2-də R.Quliyev qayınatasının həyətinə daxil olaraq onu bıçaqlayıb, həyat yoldaşına isə yüngül xəsarət yetirib.

Ona Cinayət Məcəlləsinin 126.2.3 (Xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma) və 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi