Ağsuda meşə ərazisindəki yanğın söndürülüb - YENİLƏNİB

Ağsuda meşə ərazisindəki yanğın söndürülüb - YENİLƏNİB Ağsu rayonunda meşə massivində baş verən yanğın söndürülüb.
Hadisə
27 Avqust , 2019 03:15
Ağsuda meşə ərazisindəki yanğın söndürülüb - YENİLƏNİB

Ağsu rayonunda meşə massivində baş verən yanğın söndürülüb. 

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Girdə kəndinin dağlıq ərazisində baş verən yanğın FHN-nin Ağsu rayon Dövlət yanğından mühafizə hissəsinin yanğınsöndürənlərinin səyi nəticəsində söndürülüb.

Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır. 


00:52***

Ağsu rayonu ərazisində yenidən yanğın başlayıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, yanğın rayonun Girdə kəndinin dağlıq ərazisində qeydə alınıb.

Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Qeyd edək ki, avqustun 25-də Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülmüşdü.

Son xəbərlər

Orphus sistemi