Ağsu sakini Şirvanda itkin düşüb - FOTO

Ağsu sakini Şirvanda itkin düşüb - FOTO O, müalicə aldığı Şirvan Şəhər Regionlararası Onkoloji Xəstəxanadan çıxaraq bir daha geri qayıtmayıb
Hadisə
15 Mart , 2018 15:02
Ağsu sakini Şirvanda itkin düşüb - FOTO

Şirvan. 15 mart. REPORT.AZ/ Şirvan şəhərində 56 yaşlı kişi itkin düşüb. 

Bu barədə "Report”un Aran bürosuna DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, Ağsu rayon sakini, 56 yaşlı Cəmaləddin Məmmədov cari il martın 8-də müalicə aldığı Şirvan Şəhər Regionlararası Onkoloji Xəstəxanadan çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: Boyu 172 sm., arıq bədən quruluşlu, seyrək saçlı, gözlərinin rəngi qonurdur. Xəstəxanadan çıxarkən əynində qəhvəyi rəngdə gödəkçə, qara rəngli şalvar və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.    

Son xəbərlər

Orphus sistemi