Ağstafada xeyli sayda silah-sürsat tapılıb

Ağstafada xeyli sayda silah-sürsat tapılıb Onlar arasında iki tapança da var
Hadisə
16 Avqust , 2017 12:37
Ağstafada xeyli sayda silah-sürsat tapılıb

Bakı. 16 avqust. REPORT.AZ/ Ağstafadada silah-sursat aşkarlanıb.

“Report” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki Ceyrançöl adlanan ərazidən “Siqnal” markalı tapança, idman tapançası, kustar üsulla hazırlanan “Naqan” tipli silah, 6 ədəd patron darağı, 1 ədəd iri çaplı silahların nizamlanmasında istifadə olunan dəzgah, ov silahının qundağı, 129 ədəd avtomat patronu və 17 ədəd boş giliz aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi