Ağstafada 54 yaşlı qadını motosiklet vurub

Ağstafada 54 yaşlı qadını motosiklet vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
20 Sentyabr , 2017 12:51
Ağstafada 54 yaşlı qadını motosiklet vurub

Ağstafa. 20 sentyabr. REPORT.AZ/ Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının önündə baş verib. 

Belə ki, yolu keçmək istəyən rayon sakini, 1963-cü il təvəllüdlü Afət İbrahim qızı Bənnayevanı motosiklet vurub. 

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna yaralının vəziyyətinin orta ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi