Ağstafada piyadanı vurub hadisə yerindən qaçan sürücü həbs edilib

Ağstafada piyadanı vurub hadisə yerindən qaçan sürücü həbs edilib Ağstafa rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçan sürücü həbs edilib.
Hadisə
20 Avqust , 2019 11:58
Ağstafada piyadanı vurub hadisə yerindən qaçan sürücü həbs edilib

Ağstafa rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçan sürücü həbs edilib. 

Baş Prokurorluqdan "Report" a verilən məlumata görə, polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şadət Bayramov saxlanaraq istintaqa cəlb edilib. 

Məlumatda bildirilib ki, hadisə avqustun 6-da saat 20 radələrində Ağstafa rayonunun Muğanlı kəndi ərazisində baş verib. Kənd sakini Şadət Bayramovun sərxoş halda idarə etdiyi həmkəndlisi Abbas Bağırova məxsus “VAZ 21015” markalı, 05-BG-362 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında olan həmkəndlisi Faiq İbrahimovu vuraraq hadisə yerindən qaçıb. Oiyadanın aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozmaehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçiriib. 

Aparılmış istintaqla hadisənin Ş.Bayramov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi