Abşeronda orta yaşlı kişi kürəyindən bıçaqlanıb

Abşeronda orta yaşlı kişi kürəyindən bıçaqlanıb Hadisə Məhəmmədi kəndində qeydə alınıb
Hadisə
26 Dekabr , 2017 00:06
Abşeronda orta yaşlı kişi kürəyindən bıçaqlanıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Abşeron rayonunun Məhəmmədi kəndində bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1986-cı il təvəllüdlü Əsədov Nahid Azad oğlu Tusi küçəsi, ev 4 ünvanında naməlum şəxs tərəfindən bıçaqlanıb.

Zərbə onun kürək nahiyəsinin sol tərəfini tutub. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi