Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Zümürxanlı Kənan Musa oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ramin Şahbazov