Abşeronda karantin dövründə iki evdən 56 min manatlıq oğurluq edilib

Abşeronda karantin dövründə iki evdən 56 min manatlıq oğurluq edilib Oğurluqda şübhəli bilinən Masazır sakini saxlanılıb.
Hadisə
23 May , 2020 11:48
Abşeronda karantin dövründə iki evdən 56 min manatlıq oğurluq edilib

Oğurluqda şübhəli bilinən Masazır sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları birgə keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-dən mayın 21-dək olan müddətdə rayon ərazisindəki 2 evdən 1 000 manat dəyərində inşaat materialları və 55 000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini F.Tahirov saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi