Abşeronda avtomobil gənc oğlanı vuraraq öldürüb

Abşeronda avtomobil gənc oğlanı vuraraq öldürüb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
5 Avqust , 2017 01:57
Abşeronda avtomobil gənc oğlanı vuraraq öldürüb

Abşeron. 5 avqust. REPORT.AZ/ Abşeron rayonunda avtomobil gənc oğlanı vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə Müşviqabad yolunda qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Abbasov İlkin Bəylər oğlu yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Nəticədə İ.Abbasov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törətmiş sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi