Zlatan İbrahimoviç: "Yaşlı doğuldum, gənc öləcəyəm"

Zlatan İbrahimoviç: "Yaşlı doğuldum, gənc öləcəyəm" Bakı. 31 mart. REPORT.AZ/ Amerikanın Los Angeles Qalaksi klubuna transfer olan ulduz futbolçu Zlatan İbrahimoviç yeni klubundakı ilk açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Futbol
31 Mart , 2018 16:02
Zlatan İbrahimoviç: Yaşlı doğuldum, gənc öləcəyəm

Bakı. 31 mart. REPORT.AZ/ Amerikanın "Los Angeles Qalaksi" klubuna transfer olan ulduz futbolçu Zlatan İbrahimoviç yeni klubundakı ilk açıqlaması ilə diqqət mərkəzinə düşüb.

"Report"un məlumatına görə, ABŞ mediasına danışan 36 yaşlı forvard yeni komandasına qazanmaq üçün gəldiyini vurğulayıb.

"Mən artıq bu komandadayam. Həyəcanlıyam və oynamaq üçün səbirsizlənirəm. Aslan acdır", - o qeyd edib.

Zədə səbəbindən bir müddət yaşıl meydanlardan kənarda qalan isveçli hücumçu futbol topu və stadionlar üçün darıxdığını söyləyib. 

İbrahimoviç yaşı ilə bağlı verilən suala "Özümü gənc kimi hiss edirəm. Daha əvvəl də qeyd etmişdim, Benjamin Button kimi hiss edirəm. Yaşlı doğuldum, gənc öləcəyəm. Mənim üçün narahat olmayın" cavabını verib.  

Son xəbərlər

Orphus sistemi