"Zirə"nin baş məşqçisi: "Biz digər kollektivlərə baş ağrısı olmaq istəyirik"

"Zirə"nin baş məşqçisi: "Biz digər kollektivlərə baş ağrısı olmaq istəyirik" Həddindən artıq təzyiqli oyun keçdi. Qələbə qazanmağımız da yaxşı oldu. Mübarizə aparmaq lazımdır. Azarkeşlər bizi tək qoymadı. Ötən il onları üzdük. Futbolçulara isə çox sağ ol düşür.
Futbol
26 Avqust , 2019 21:38
Zirənin baş məşqçisi: Biz digər kollektivlərə baş ağrısı olmaq istəyirik

"Həddindən artıq təzyiqli oyun keçdi. Qələbə qazanmağımız da yaxşı oldu. Mübarizə aparmaq lazımdır. Azarkeşlər bizi tək qoymadı. Ötən il onları üzdük. Futbolçulara isə çox sağ ol düşür".

"Report" xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın II turunda evdə "Neftçi"ni məğlub etdikləri (1:0) matçdan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, "Zirə"nin oyunçuları görüş ərzində çox qaçıb: "Bəzi oyunçular tez verdiyi qərarla düşdüyü situasiyadan çıxa bilirdi. Çalışacağıq ki, bu matçı unudaq və özümüzə gələk. Ehtiyat oyunçularımız da var. Biz bu gün həm hücumda, həm də müdafiədə güc sərf etdik".

Abasov çempionluq yarışında "Qarabağ"ın öndə olduğunu söyləyib: "Hamı bilir ki, ən birinci namizəd "Qarabağ"dır, sonra da "Neftçi". Biz isə Avropa Liqasına vəsiqə qazanmaq və digər kollektivlərə baş ağrısı olmaq istəyirik".

Son xəbərlər

Orphus sistemi