Bakı. 9 yanvar. REPORT.AZ/ “Zirə” klubu qış fasiləsində daha bir futbolçu ilə yollarını ayırıb.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yayda heyətə cəlb olunan Gerhard Proqni karyerasını başqa klubda davam etdirəcək.
Albaniyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Gerhard Proqnı ötən yay "Zirə" ilə 2 illik anlaşmaya imza atıb.