Maksimov Azərbaycandakı uğurunu Ukraynada təkrarlaya bilmədi

Maksimov Azərbaycandakı uğurunu Ukraynada təkrarlaya bilmədi Futbol üzrə Ukrayna Kuboku uğrunda final matçı keçirilib.
Futbol
9 İyul , 2020 01:16
Maksimov Azərbaycandakı uğurunu Ukraynada təkrarlaya bilmədi

Futbol üzrə Ukrayna Kuboku uğrunda final matçı keçirilib.

"Report"un məlumatına görə, Xarkovdakı "Metalist Arena"da təşkil olunmuş görüşdə Kiyev "Dinamo"su ilə Poltava "Vorskla"sı üz-üzə gəlib. Qadın referi Yekaterina Monzulun idarə etdiyi qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İlk topu 11-ci dəqiqədə Poltava komandasının hücumçusu Ruslan Stepanyuk vurub. 28-ci dəqiqədə isə paytaxt klubunun yarımmüdafiəçisi Benyamin Verbiç bərabərlik qoluna imza atıb.

İkinci hissədə tərəflərdən heç biri fərqlənə bilməyib. Bu səbəbdən, əlavə vaxt təyin olunub. Hər biri 15 dəqiqədən ibarət iki hissəlik mübarizə də qalibi müəyyənləşdirməyib. 

Nəticədə penaltilər seriyasına müraciət olunub. Bu zaman daha dəqiq olan "Dinamo" 8:7 hesablı üstünlüklə tarixində 12-ci dəfə Ukrayna Kubokuna sahib çıxıb. Yuri Maksimov isə 2018-ci ildə "Keşlə"nin baş məşqçisi kimi qazandığı Azərbaycan Kubokuna öz vətənində yeni titul əlavə edə bilməyib.  

Son xəbərlər

Orphus sistemi