Yurgen Klopp "Barselona"nın baş məşqçisi postuna gətirilə bilər

Yurgen Klopp "Barselona"nın baş məşqçisi postuna gətirilə bilər Bu posta onunla yanaşı Ronald Kuman da iddialıdır
Futbol
19 Fevral , 2017 16:17
Yurgen Klopp Barselonanın baş məşqçisi postuna gətirilə bilər

Bakı. 19 fevral. REPORT.AZ/ İngiltərənin "Liverpul" futbol klubunun alman baş məşqçisi Yurgen Klopp komandanı tərk edə bilər.

"Report" xəbər verir ki, mütəxəssisin xidmətlərində İspaniyanın "Barselona" klubu maraqlıdır.

KİV-in məlumatına görə, Kataloniya klubunun rəhbərliyi 49 yaşlı mütəxəssisi hazırkı baş məşqçi Luis Enrikenin yerinə dəvət etmək istəyir. Müqavilənin məbləği barədə məlumat verilmir. Onunla yanaşı "Everton"a rəhbərlik edən Ronald Kuman da sözügedən posta iddialıdır.

Alman mütəxəssis "Liverpul"a 2015-ci ildə gəlib. O, komanda ilə Avropa Liqası və İngiltərə Liqa Kubokunun finalçısı olub.

Son xəbərlər

Orphus sistemi