​Yunanıstanda futbol klubunun qapıçısı məşq zamanı keçinib

​Yunanıstanda futbol klubunun qapıçısı məşq zamanı keçinib Qapıçıya ürək tutması diaqnozu qoyulub
Futbol
3 Sentyabr , 2015 05:29
​Yunanıstanda futbol klubunun qapıçısı məşq zamanı keçinib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Yunanıstanın "Veriya" klubunun qapıçısı Stelios Markusi komandanın məşqi zamanı keçinib.

"Report" xəbər verir ki, faciəvi hadisə sentyabrın 2-də qeydə alınıb.

18 yaşlı futbolçu klubun məşqi zamanı huşunu itirib və qazona yıxılıb. Sonradan Markusis xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Qapıçıya ürək tutması diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi