Yozef Blatterlə Mişel Platininin cəza müddəti qısaldılıb

Yozef Blatterlə Mişel Platininin cəza müddəti qısaldılıb Lakin hər iki şəxsin futboldan kənarlaşdırılma müddəti 8 ildən 6 ilə endirilib
Futbol
24 Fevral , 2016 22:08
Yozef Blatterlə Mişel Platininin cəza müddəti qısaldılıb

Bakı. 24 fevral. REPORT.AZ/ FİFA və UEFA-nın sabiq prezidentləri Yozef Blatterlə Mişel Platininin apellyasiyaları təmin olunmayıb. "Report"un məlumatına görə, bu barədə FİFA Apellyasiya Komitəsi qərar verib.

Lakin hər iki şəxsin futboldan kənarlaşdırılma müddəti 8 ildən 6 ilə endirilib. İndi onlar İdman Arbitraj Məhkəməsinə müraciət edəcəklər.

Qeyd edək ki, Yozef Blatterlə Mişel Platini korrupsiya ittihamı ilə tutduqları vəzifələrdən kənarlaşdırılıblar. Platininin FİFA-dan qeyri-qanuni olaraq, 2 milyon İsveçrə frankı aldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi