Xosep Qvardiola Barselonaya gedib, Messi ilə görüşəcək

Xosep Qvardiola Barselonaya gedib, Messi ilə görüşəcək İngiltərənin "Maçester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola İspaniyanın Barselona şəhərindədir.
Futbol
29 Avqust , 2020 14:14
Xosep Qvardiola Barselonaya gedib, Messi ilə görüşəcək

İngiltərənin "Maçester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola İspaniyanın Barselona şəhərindədir. 

"Report" "Jugones" nəşrinə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis "Barselona"nın ulduz futbolçusu Lionel Messinin gələcək karyerasını müzakirə etmək üçün onunla görüşməyə razılıq verib. 

"Mançester Siti" Lionel Messinin transferində əsas namizəd hesab edilir. Kataloniya təmsilçisi 33 yaşlı hücumçunu buraxmaq niyyətində deyil, klub onu ən azı 700 milyon avro qarşılığında satmağı planlaşdırır. 

Qeyd edək ki, Lionel Messi "Barselona"dan ayrılmaq istəyir. O, 2004-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb. Xosep Qvardiola 2008 - 2012-ci illərdə "Barselona"nın baş məşqçisi olub. 

Son xəbərlər

Orphus sistemi