“Vorskla” Ukrayna Premyer Liqasından kənarlaşdırıla bilər

“Vorskla” Ukrayna Premyer Liqasından kənarlaşdırıla bilər Bakı. 20 fevral. REPORT.AZ/ UEFA Avropa Liqasının cari mövsümündə “Qarabağ”la eyni qrupda yer alan “Vorskla” klubu Ukrayna Premyer Liqasından kənarlaşdırıla bilər.
Futbol
20 Fevral , 2019 16:16
“Vorskla” Ukrayna Premyer Liqasından kənarlaşdırıla bilər

Bakı. 20 fevral. REPORT.AZ/ UEFA Avropa Liqasının cari mövsümündə “Qarabağ”la eyni qrupda yer alan “Vorskla” klubu Ukrayna Premyer Liqasından kənarlaşdırıla bilər.

“Report” xəbər verir ki, bu barədə 2+2 telekanalında yayımlanan “Profutbol” proqramının aparıcısı İqor Tsıqanik “Tsıqanik Live”nin efirində bildirib.

Onun sözlərinə görə, buna səbəb Poltava təmsilçisinin futbolçularına olan borclarıdır.

“Vorskla” oyunçularına 6 aydır maaş verə bilmədiyi üçün kluba 2019/2020 mövsümündə Ukrayna Premyer Liqasında iştirakdan ötürü lisenziyanın verilməməsi ehtimalı var. Poltavalılar cari mövsümün startı ərəfəsində də oxşar problemlə üzləşib. Ancaq həmin vaxt Ukrayna Premyer Liqasında 3-cü yeri tutan və Avropa Liqasına vəsiqə qazanan komandanın futbolçuları kluba qarşı heç bir maliyyə tələblərinin olmadığını təsdiqləyən sənədə qol çəkiblər. Hazırda isə onların eyni şeyi etməyə hazırlaşmadıqları bildirilir.

Qeyd edək ki, "Vorskla" "Qarabağ"a Bakıda 1:0 hesabı ilə qalib gəlsə də, Poltavada eyni hesabla uduzub. Hər iki komanda E qrupunu 3 xalla 3-4-cü pillələrdə başa vurub.

Son xəbərlər

Orphus sistemi