Bakı. 18 aprel. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubunun çilili yarımmüdafiəçisi Arturo Vidal dizindən aldığı zədə səbəbindən mövsümün qalan hissəsini buraxmalı olacaq.
“Report” xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Belə olan halda çilili xavbek Çempionlar Liqasının "Real"a qarşı keçiriləcək hər iki yarımfinal matçını buraxacaq.
Çərşənbə axşamı futbolçu uğurla əməliyyat olunub və tezliklə bərpa prosesinə başlayacaq.