Vəli Qasımov: "Azərbaycanın beynəlxalq tədbirlərin təşkilində təcrübəsi var"

Vəli Qasımov: "Azərbaycanın beynəlxalq tədbirlərin təşkilində təcrübəsi var" Bakı. 31 avqust. REPORT.AZ/ Bakıda oynamaq çətindir. Qarabağ avrokuboklarda çox yaxşı oynayır. Bu klubun iki komandası var. Biri çempionatda, digəri isə Avropada çıxış edir. Bu, sürprizlərə səbəb ola bilər. Sportinqin necə oynadığını bilmirəm. Amma Qarabağ matçlarda yaxşı oyun sərgiləyə bilər. Qrupda bütün komandalara uğurlar arzulayıram. Çox güclü qrupdur.
Futbol
31 Avqust , 2018 18:19
Vəli Qasımov: Azərbaycanın beynəlxalq tədbirlərin təşkilində təcrübəsi var

Bakı. 31 avqust. REPORT.AZ/ "Bakıda oynamaq çətindir. "Qarabağ" avrokuboklarda çox yaxşı oynayır. Bu klubun iki komandası var. Biri çempionatda, digəri isə Avropada çıxış edir. Bu, sürprizlərə səbəb ola bilər. "Sportinq"in necə oynadığını bilmirəm. Amma "Qarabağ" matçlarda yaxşı oyun sərgiləyə bilər. Qrupda bütün komandalara uğurlar arzulayıram. Çox güclü qrupdur".

"Report" "Recor"da istinadən xəbər verir ki, bunu Avropa Liqasının final matçının səfiri Vəli Qasımov deyib. 

O, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində uğurlu nəticə qazanacağına inandığını söyləyib: "Azərbaycanın beynəlxalq tədbirlərin təşkilində təcrübəsi var. Bakıya gələnlər buradan zövq alacaqlar". 

V.Qasımov Portuqaliyanın "Vitoriya" klubunda birgə çıxış etdikləri Manuel Fernandeşlə görüşdüyünü qeyd edib: "Buraya gələndə sabiq komanda yoldaşımı gördüm. Çox xoşbəxtəm. "Vitoriya"da oynadığım vaxtdan 20 il keçib. Portuqaliyada qalan dostlarımla böyük xatirələrim var".   

Son xəbərlər

Orphus sistemi