UEFA millimizin sentyabrdakı oyunlarının azarkeşsiz keçiriləcəyini açıqladı

UEFA millimizin sentyabrdakı oyunlarının azarkeşsiz keçiriləcəyini açıqladı Bu gün UEFA və ona üzv olan 55 milli assosiasiyanın baş katibləri arasında videokonfrans formatında iclas keçirilib.
Futbol
19 Avqust , 2020 18:59
UEFA millimizin sentyabrdakı oyunlarının azarkeşsiz keçiriləcəyini açıqladı

Bu gün UEFA və ona üzv olan 55 milli assosiasiyanın baş katibləri arasında videokonfrans formatında iclas keçirilib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasın gündəliyində duran əsas məsələ azarkeşlərin avrokubok matçlarına tədricən qayıdışının müzakirəsi olub.

Yığıncaq iştirakçıları fanatların stadiona girişinə icazə verməzdən əvvəl matçda iştirak edənlərin hamısının sağlamlığını təmin etmək üçün ciddi gigiyena tədbirlərinin görülməsinin vacibliyini vurğulayıblar.

UEFA azarkeşlərin sentyabrın əvvəlində keçiriləcək Millətlər Liqası matçlarında iştirak etməsinə icazə verməyin hələ tez olduğunu və bunun üçün əvvəlcə test oyunlarının keçirilməsinin vacibliyini qeyd edib.

Qitə futbol qurumu bunun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək UEFA Superkuboku uğrunda oyuna az sayda tamaşaçı buraxmaqla sınaqdan keçirilməsini təklif edib.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakda Lüksemburqa, ikinci görüşünü isə 3 gün sonra səfərdə Kiprə qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi