UEFA Çexiya klubuna qarşı intizam işi açıb

UEFA Çexiya klubuna qarşı intizam işi açıb Bakı. 24 sentyabr. REPORT.AZ/ UEFA Çexiyanın Viktoriya (Plzen) klubuna qarşı intizam işi açıb.
Futbol
24 Sentyabr , 2018 21:14
UEFA Çexiya klubuna qarşı intizam işi açıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ UEFA Çexiyanın "Viktoriya" (Plzen) klubuna qarşı intizam işi açıb.

"Report" qurumun saytına istinadən xəbər verir ki, araşdırma Çempionlar Liqasının I turunda evdə Rusiya MOİK-i ilə matçda baş verən hadisələrlə bağlı aparılacaq. 

Həmin qarşılaşmada Çexiya təmsilçisinin azarkeşləri meydana plastik butulka və digər əşyalar atmaqda ittiham olunurlar.

Qeyd edək ki, "Viktoriya" - MOİK matçı 2:2 hesabı ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi