Türkiyə futbolu tarixində ilk dəfə yığmanın 5 sabiq futbolçusu klub idarə edəcək

Türkiyə futbolu tarixində ilk dəfə yığmanın 5 sabiq futbolçusu klub idarə edəcək Klubun iclasında idarəçilik keçmiş futbolçulara təhvil veriləcək
Futbol
16 Dekabr , 2016 14:02
Türkiyə futbolu tarixində ilk dəfə yığmanın 5 sabiq futbolçusu klub idarə edəcək

Bakı. 16 dekabr. REPORT.AZ/ Türkiyə idman tarixində bir ilk gerçəkləşib. 

"Report"un məlumatına görə, sabiq futbolçulardan Ümit Davala, Yıldıray Baştürk, Ömer Erdoğan, Cihan Haspolatlı və Murat Erdoğan II Liqada çıxış edən "Tuzlaspor"u idarə edəcəklər.

Adı çəkilən şəxslərlə Tuzla bələdiyyə sədri Şadi Yazıcı və sədrin köməkçisi, klub prezidenti Ahmet Çabuk arasında razılaşma əldə olunub. Y.Baştürk ölkədən kənarda olduğu üçün görüşdə iştirak etməyib. Dostlarına dəstək olmaq üçün "Qalatasaray"ın futbolçusu Hamit Altıntop da görüşdə iştirak edib.

Klubun ilk iclasında idarəçilik keçmiş futbolçulara təhvil veriləcək.

Qeyd edək ki, "Tuzlaspor" 1954-cü ildə yaradılıb. Klub 2011-ci ildən hazırkı rəhbərliyin sərəncamındadır. 2011/2012 mövsümündə bölgələrarası həvəskarlar liqasında çıxış edən komanda növbəti mövsümdə 11 qrupun çempionu olaraq III Liqaya yüksəlib. 2014/2015 mövsümündə isə I qrupda çempion olan Tuzla təmsilçisi tarixində ilk dəfə II Liqada iştirak hüququ qazanıb. Komanda həmin mövsüm ölkə kubokunun 1/8 finalına yüksəlib.

Son xəbərlər

Orphus sistemi