​Türkiyə çempionatı: "Fənərbaxça" "Qalatasaray"ı məğlub edib

​Türkiyə çempionatı: "Fənərbaxça" "Qalatasaray"ı məğlub edib "Sarı-qırmızılar" ötən ildən məğlub olmurdular
Futbol
9 Mart , 2015 01:44
​Türkiyə çempionatı: Fənərbaxça Qalatasarayı məğlub edib

Bakı. 9 mart. REPORT.AZ/ Türkiyə çempionatının 23-cü turunda "Fənərbaxça" "Qalatasaray"ı məğlub edib.

"Report" xəbər verir ki, görüş İstanbulda "Şükrü saracoğlu" stadionunda keçirilib və 1:0 hesabı ilə başa çatıb.

Matçda yeganə qolu 81-ci dəqiqədə Dirk Küyt vurub.

"Sarı-qırmızılar" bu çempionatda sonuncu dəfə ötən il noyabrın 22-də , "Trabzonspor"a məğlub olmuşdular (0:3).

Hazırda 23 turdan sonra "Qalatasaray" 51 xalla turnir cədvəlində birinci yeri tutur. Hesabında 50 xal olan "Fənərbaxça" üçüncü pillədə qərarlaşıb.

Türkiyə Superliqası. 23-cü tur

"Fənərbaxça" (İstanbul) – "Qalatasaray" (İstanbul) – 1:0

Qollar: Küyt, 81 (1:0).

Son xəbərlər

Orphus sistemi