Türk Şurasının baş katibi: "Qarabağ" bütün türk dünyası üçün qürur mənbəyi oldu"

Türk Şurasının baş katibi: "Qarabağ" bütün türk dünyası üçün qürur mənbəyi oldu" "Bu və digər nailiyyətlərin digər idman növlərində yarışan bütün idmançılara nümunə olmasını arzulayıram"
Futbol
25 Avqust , 2017 09:48
Türk Şurasının baş katibi: Qarabağ bütün türk dünyası üçün qürur mənbəyi oldu

Bakı. 25 avqust. REPORT.AZ/ Türk Şurasının baş katibi Ramil Həsənov "Qarabağ" futbol klubunu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

"Report"un Türk Şurasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təbrikdə R.Həsənov qurumun üzvləri və öz adından "Qarabağ" kollektivini ürəkdən təbrik edib.

"Qarabağ" Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu oldu və bununla Azərbaycan və bütün türk dünyası üçün qürur mənbəyi oldu. Bu və digər nailiyyətlərin digər idman növlərində yarışan bütün idmançılara nümunə olmasını arzulayıram", - təbrikdə deyilir.

Son xəbərlər

Orphus sistemi