Turində üzərində silah olan 54 "Ayaks" azarkeşi tutulub

Turində üzərində silah olan 54 "Ayaks" azarkeşi tutulub İtaliyanın Turin şəhərində Hollandiyanın Ayaks klubunun 54 azarkeşi saxlanılıb.
Futbol
16 Aprel , 2019 02:55
Turində üzərində silah olan 54 Ayaks azarkeşi tutulub

İtaliyanın Turin şəhərində Hollandiyanın "Ayaks" klubunun 54 azarkeşi saxlanılıb.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, onların üzərində silah olub.

Məlumata görə, fanatların şəhər kənarında saxlanılan avtobuslarında zirehli əlcəklər, dəyənəklər, müxtəlif fişənglər və tüstü şaşkaları aşkar edilib.

Aprelin 16-da Çempionlar Liqasının ¼ finalının Turində yerli "Yuventus"a qarşı keçiriləcək cavab oyununda (İlk oyun - 1:1) komandalarını dəstəkləməyə gələn fanatlar ölkələrinə deportasiya ediləcəklər.

Son xəbərlər

Orphus sistemi