"Tottenhem" Londonda "Liverpul"u darmadağın edib - VİDEO

"Tottenhem" Londonda "Liverpul"u darmadağın edib - VİDEO Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb
Futbol
23 Oktyabr , 2017 03:07
Tottenhem Londonda Liverpulu darmadağın edib - VİDEO

Bakı. 23 oktyabr. REPORT.AZ/ İngiltərə Premyer Liqasının 9-cu turunda "Tottenhem Hotspur" öz meydanında "Liverpul"u qəbul edib.

“Report” xəbər verir ki, Londonun "Uembli" stadionunda keçirilən görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda "Tottenhem" 20 xal ilə turnir cədvəlində üçüncü yerdə qərarlaşıb və ikinci yerdəki "Mançester Yunayted"dən yalnız əlavə göstəricilərə görə geri qalır. "Liverpul" 13 xalla 9-cu pillədədir.

İngiltərə – Premyer Liqa. 9-cu tur

"Tottenhem Hotspur" – "Liverpul" - 4:1

1:0 – Keyn – 4, 2:0 – Min – 12, 2:1 – Salah – 24, 3:1 – Alli – 45+3, 4:1 – Keyn – 56

Son xəbərlər

Orphus sistemi