"Sumqayıt"ın Antalya toplanışının vaxtı müəyyənləşib

"Sumqayıt"ın Antalya toplanışının vaxtı müəyyənləşib Komanda yanvarın 10-da yola düşəcək
Futbol
6 Yanvar , 2017 17:27
Sumqayıtın Antalya toplanışının vaxtı müəyyənləşib

Bakı. 6 yanvar. REPORT.AZ/ Bu həftə dövrələrarası fasilədə hazırlığın birinci mərhələsini başa vuracaq "Sumqayıt" klubu təlim-məşq toplanışının növbəti mərhələsini Türkiyənin Antalya bölgəsində keçirəcək.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 10-da səhər saatlarında qonşu ölkəyə yola düşəcək "gənclik şəhəri" təmsilçisi 10 gün hazırlıq prosesi keçəcək. "Sumqayıt" Antalyada "The Sense De Luxe" otelində məşkunlaşacaq.

Samir Abasovun rəhbərlik etdiyi komanda toplanış çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Rəqiblər Özbəkistanın "Nasaf", Albaniyanın "Skenderbeu" və Qazaxıstanın "Atırau" klubları olacaq.

Son xəbərlər

Orphus sistemi