"Stok Siti" baş məşqçisini istefaya göndərib

"Stok Siti" baş məşqçisini istefaya göndərib Klub mümkün qədər tez bir zamanda yeni baş məşqçi tapmağa çalışcaq
Futbol
7 Yanvar , 2018 02:59
Stok Siti baş məşqçisini istefaya göndərib

Bakı. 7 yanvar. REPORT.AZ/ İngiltərənin "Stok Siti" klubunun baş məşqçisi Mark Hyuz istefaya göndərilib.

“Report” xəbər verir ki, klub məşqçi ilə olan müqaviləyə vaxtından əvvəl xitam verildiyini bəyan edib.

"Biz Marka son 4 il yarımda nail olduqlarına görə minnətdarıq. Ona gələcəkdə uğurlar arzu edirik. Klub mümkün qədər tez bir zamanda yeni baş məşqçi tapmağa çalışcaq və hazırda bu vəziyyətə şərh verməyəcək", — deyə byanatda qeyd olunub.

Komanda 22 oyundan sonra aktivində 5 qələbə ilə turnir cədvəlinin 18-ci pilləsindədir.

Son xəbərlər

Orphus sistemi