"Spartak"ın baş məşqçisi: "Ayaz Quliyev yaxşı potensiala sahibdir"

"Spartak"ın baş məşqçisi: "Ayaz Quliyev yaxşı potensiala sahibdir" Bakı. 24 yanvar. REPORT.AZ/ Rusiyanın Spartak (Moskva) komandasının baş məşqçisi Oleq Kononov Ayaz Quliyev haqqında fikirlərini bölüşüb.
Futbol
24 Yanvar , 2019 12:45

Bakı. 24 yanvar. REPORT.AZ/ Rusiyanın "Spartak" (Moskva) komandasının baş məşqçisi Oleq Kononov Ayaz Quliyev haqqında fikirlərini bölüşüb.

"Report" xəbər verir ki, 53 yaşlı mütəxəssis "Sportbox"a müsahibəsində yeni transfer etdikləri azərbaycanlı yarımmüdafiəçi barədə xoş sözlər söyləyib: "Ayaz Quliyev "Anji"yə icarəyə verildikdən sonra "Krasnodar"a qarşı oynadığı kubok matçında diqqətimi çəkdi. Meydanın ortasındakı hərəkətlərini, hücumdakı texnikasını bəyəndim. Həmin vaxtdan bəri onu izləməyə başladım".

Kononov 23 yaşlı Quliyevin "Spartak"ın təcrübəli futbolçusu Denis Qluşakovla rəqabət edə biləcəyini vurğulayıb: "Bu mövqedəki bütün oyunçular kimi onların da bərabər olduqlarını deyə bilərəm. Futbolçuların mövqe üçün sağlam rəqabət aparmaqlarını istəyirəm. Ayaz hücum edən orta xətt oyunçusudur və yaxşı potensiala sahibdir. Mənim üçün futbolçunun kuboklara ac olması və inkişaf etmək istəməsi önəmlidir". 

Qeyd edək ki, Quliyev yanvarın 9-da "Spartak"la uzunmüddətli müqavilə imzalayıb. 

Son xəbərlər

Orphus sistemi