​SOCAR 6 azərbaycanlı gənc futbolçunu Avropa-2016 finalına göndərəcək - VİDEO

​SOCAR 6 azərbaycanlı gənc futbolçunu Avropa-2016 finalına göndərəcək - VİDEO Siyahıya 9-13 yaşlarında olan uşaq futbol liqalarının bombardirləri daxildir
Futbol
5 İyul , 2016 14:09
​SOCAR 6 azərbaycanlı gənc futbolçunu Avropa-2016 finalına göndərəcək - VİDEO

Bakı. 5 iyul. REPORT.AZ/ SOCAR 6 gənc futbolçunu Avropa çempionatının finalına göndərəcək. 

SOCAR-dan "Report"a verilən məlumata görə, siyahıya Azərbaycanın müxtəlif bölgələrindən 9-13 yaşlarında olan uşaq futbol liqalarının bombardirləri daxildir. 

Məqsəd Azərbaycanın gənc futbolçularını daha yüksək nailiyyətlərə təşviq etməkdir. Belə ki, öz liqalarının istedadlı futbolçuları olan Bəhlul Mehdiyev, Jalə İldırımova, Əfqan Nuriyev, Ümid Səmədov, Sadiq Şəfiyev və Selcan Hüseynli iyulun 10-da final oyununu Fransanın paytaxtı Parisin stadionunda izləyəcəklər.

Qeyd edək ki, SOCAR Avropa çempionatının rəsmi tərəfdaşıdır. Artıq şirkət UEFA ilə tərəfdaşlığından bəhrələnərək ən mühüm korporativ məqsədlərinə nail ola bilib. Şirkət xarici ölkələrdə olan yanacaqdoldurma məntəqələrində satışlarını 30%-ə qədər artırıb və Avropa bazarında öz məhsullarının davamlı satışını təmin etmək üçün ən böyük futbol yarışı vasitəsilə brendin tanıdılması vəzifəsini yerinə yetirir.

Bundan başqa SOCAR Bakı Olimpiya Stadionunda azarkeşlər zonasını yaradıb, SOCAR Barometer onlayn statistik məlumatlandırma sisteminin tətbiqi və Avropa çempionatına biletlərin azarkeşlərə hədiyyə edilməsi kimi bir sıra ictimai layihələri həyata keçirib.

Son xəbərlər

Orphus sistemi