Bakı. 10 iyul. REPORT.AZ/ "Səbail" klubu daha bir futbolçunu transfer edib.
Klubun Mətbuat xidmətinin rəhbəri Törə Əhmədovanın "Report"a verdiyi məlumata görə, komanda son olaraq "Kəpəz" klubunda çıxış edən İqor Korotetskiyi heyətinə qatıb. Ukraynalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Korotetski azad agent kimi "Səbail"ə keçib.