"Şaxtyor"un baş məşqçisi mətbuat konfransına "Zorro"nun geyimində gəlib - VİDEO

"Şaxtyor"un baş məşqçisi mətbuat konfransına "Zorro"nun geyimində gəlib - VİDEO Paulu Fonseka vədinə əməl edib
Futbol
7 Dekabr , 2017 05:55
Şaxtyorun baş məşqçisi mətbuat konfransına Zorronun geyimində gəlib - VİDEO

Bakı. 7 dekabr. REPORT.AZ/ Ukraynanın "Şaxtyor" klubunun baş məşqçisi Paulu Fonseka Çempionlar Liqasının 6-cı turunda "Mançester Siti" üzərində qələbədən sonra (2:1) mətbuat konfransına "Zorro"nun kostyumunda gəlib.

“Report” xəbər verir ki, portuqaliyalı məşqçi bununla da 1/8 finala çıxacaqları təqdirdə verdiyi sözə əməl etmiş olub.

"Bu gün demək olar ki, ideal oyun oldu. "Siti"ni udmaq asan iş deyil, biz müdafiədə nizam-intizamlı oynadıq və keyfiyyətli hücumlara çıxdıq. Bu, mənim həyatımda ən şən mətbuat konfransıdır, hamı gülür. Hansı "Zorro"nu daha çox bəyənirəm, Alen Delon, yaxud Antonio Banderrasınkını? Cavab vermək çətindir. Hazırda daha çox Paulu Fonsekanın "Zorro"su xoşuma gəlir", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi