Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatının gəliri açıqlanıb

Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatının gəliri açıqlanıb Bakı. 16 oktyabr. REPORT.AZ/ Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatının Təşkilat Komitəsi mundialın gəlirini açıqlayıb.
Futbol
16 Oktyabr , 2018 18:16
Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatının gəliri açıqlanıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatının Təşkilat Komitəsi mundialın gəlirini açıqlayıb. 

"Report" xəbər verir ki, hesabatda DÇ-2018-in ölkə iqtisadiyyatına 2013 - 2018-ci illər aralığında 952 milyard rubl (təxminən, 14,6 milyard dollar) gəlir gətirdiyi vurğulanıb. 

Rusiya dünya çempionatının təşkilinə isə 688 milyard rubl sərf edib. 

Beləliklə, bu mundial Braziliya, Cənubi Afrika Respublikası (CAR), Almaniya və Cənubi Koreyadakı dünya çempionatlarından daha çox gəlir əldə edib. 

Rusiyanın qarşıdakı beş il ərzində DÇ-2018-ə görə hər il 150-210 milyard rubl qazancağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi