Daha bir futbol hakimi koronavirusa yoluxdu

Daha bir futbol hakimi koronavirusa yoluxdu Rusiyalı futbol hakimi Artem Çistyakovda koronavirus aşkarlanıb.
Futbol
8 İyul , 2020 17:05
Daha bir futbol hakimi koronavirusa yoluxdu

Rusiyalı futbol hakimi Artyom Çistyakovda koronavirus aşkarlanıb.

"Report" Rusiya Futbol İttifaqının (RFS) rəsmi saytına istinadən xəbər verir ki, referidən götürülən testin nəticəsi müsbət çıxıb.

O, Premyer Liqanın XXVII turunun bu gün "Rostov" və "Ufa" komandaları arasında keçiriləcək matçında ehtiyat hakim funksiyasını yerinə yetirməli idi.

RFS məlum səbəbə görə Çistyakovu həmkarı Vladimir Seldyakovla əvəzləyib.

Qeyd edək ki, bu, Rusiyada futbol hakimləri arasında koronavirusa 2-ci yoluxma halıdır. Daha əvvəl Maksim Qavrilində virusun simptomları aşkarlanmışdı.

Son xəbərlər

Orphus sistemi