Rumıniya AVRO-2020 üçün 24 zəmanət məktubu təqdim etdi

Rumıniya AVRO-2020 üçün 24 zəmanət məktubu təqdim etdi Rumiya Futbol Federiyası 2021-ci ilə təxirə salınan Avropa çempionatının oyunlarını paytaxt Buxarestdə qəbul etmək üçün UEFA-ya təminat məktubu göndərib.
Futbol
20 May , 2020 11:02
Rumıniya AVRO-2020 üçün 24 zəmanət məktubu təqdim etdi

Rumiya Futbol Federiyası 2021-ci ilə təxirə salınan Avropa çempionatının oyunlarını paytaxt Buxarestdə qəbul etmək üçün UEFA-ya təminat məktubu göndərib. 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, qurum AVRO-2020-yə ev sahibliyi etməsini yenidən təsdiqləməkdən ötrü 24 zəruri zəmanət məktubunu təqdim edib. 

Qeyd edək ki, AVRO-2020-nin C qrupunun 3 oyunu və 1/8 finalın bir qarşılaşması Rumıniyanın ən böyük arenası olan Milli Stadionda keçiriləcək. 

Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir. İngiltərə paytaxtındakı "Uembli" stadionunda 7 oyunun, o cümlədən, yarımfinal və final qarşılaşmalarının təşkili nəzərdə tutulub. Azərbaycan tərəfi AVRO-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib. 

UEFA mayın 27-də keçirməli olduğu İcraiyyə Komitəsinin iclasını İngiltərənin paytaxtı Londonun Avropa çempionatı üçün hələ təşkilati təminat verməməsi səbəbindən təxirə salıb.

Son xəbərlər

Orphus sistemi