Rüfət Dadaşov: "Uels və Xorvatiya ilə matçlarda oynamaq istərdim"

Rüfət Dadaşov: "Uels və Xorvatiya ilə matçlarda oynamaq istərdim" “Əlbərttə, hər iki matçda oynamaq istərdim. Ancaq istənilən halda, Vətənə səyahət hər zaman təcrübədir”.
Futbol
12 Sentyabr , 2019 10:27
Rüfət Dadaşov: Uels və Xorvatiya ilə matçlarda oynamaq istərdim

“Əlbərttə, hər iki matçda oynamaq istərdim. Ancaq istənilən halda, Vətənə səyahət hər zaman təcrübədir”.

“Report” xəbər verir ki, bunu “Bild”ə Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov AVRO-2020-nin seçmə mərhələsində Uelslə səfər və Xorvatiya ilə ev oyunları barədə danışarkən söyləyib.

Almaniyanın III liqasındakı “Proyssen”də çıxış edən 28 yaşlı hücumçu hər iki görüşdə ehtiyatda qalmasına rəğmən, milliyə çağırıldığı üçünn qürur hissi keçirdiyini bildirib. Dadaşov yalnız uzun səfərlərdən irəli gələn yol yorğunlundan şikayətlənib.

Forvard Xorvatiya ilə oyundan dərhal sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna gedib və sentyabrın 10-da 02:30 reysi ilə Frankfurta uçub. Yerli vaxtla saat 08:00-da təyinat məntəqəsində olan Dadaşov 13 saat sonra Münsterə çatıb və daha 2 saata klubun bazasına gedib. Milli üzvü həm də saat qurşağının dəyişməsindən əziyyət çəkdiyini vurğulayıb.

Bununla belə, “Proyssen”in baş məşqçisi Sven Hübşer sentyabrın 14-də Köln “Viktoriya”sı ilə ev oyununda Dadaşovu meydana buraxmağı düşünür. Münster təmsilçisi 7 turdan sonra 8 xalla 12-ci yerdədir.

Qeyd edək ki, Uelsə 1:2 hesabı ilə uduzan Azərbaycan millisi Xorvatiya ilə heç-heçəyə nail olub - 1:1. 

Son xəbərlər

Orphus sistemi