Ronaldu "Yuventus"a "Real Madrid"in futbolçusunu almağı tövsiyə edib

Ronaldu "Yuventus"a "Real Madrid"in futbolçusunu almağı tövsiyə edib İtaliya “Yuventus”un futbolçusu Kriştianu Ronaldu klub rəhbərliyindən İspaniya təmsilçisi “Real Madrid”in formasını geyinən sabiq komanda yoldaşı Rafael Varanın transfer edilməsini istəyib.
Futbol
25 Mart , 2019 16:15
Ronaldu Yuventusa Real Madridin futbolçusunu almağı tövsiyə edib

İtaliya “Yuventus”un futbolçusu Kriştianu Ronaldu klub rəhbərliyindən İspaniya təmsilçisi “Real Madrid”in formasını geyinən sabiq komanda yoldaşı Rafael Varanın transfer edilməsini istəyib.

“Report” “Diario Sport”a istinadən xəbər verir ki, portuqaliyalı forvard 26 yaşlı mərkəz müdafiəçisi ilə danışıqlara başlanılmasını tövsiyə edib.

Qeyd edək ki, R.Varanın 2022-ci ilin iyununa qədər “Real Madrid”lə müqaviləsi var. Fransa yığmasının üzvünün transfer dəyəri 90 milyon avro civarında qiymətləndirilir. 

Son xəbərlər

Orphus sistemi