Ronaldu: “Sona kimi mübarizə aparmaqda davam edirik”

Ronaldu: “Sona kimi mübarizə aparmaqda davam edirik” "Yuventus" futbol komandasının hücumçusu Kriştianu Ronaldu İtaliya çempionatının 32-ci turu çərçivəsində "Atalanta" ilə matçın (2:2) nəticəsini şərh edib.
Futbol
12 İyul , 2020 08:24
Ronaldu: “Sona kimi mübarizə aparmaqda davam edirik”

"Yuventus" futbol komandasının hücumçusu Kriştianu Ronaldu İtaliya çempionatının 32-ci turu çərçivəsində "Atalanta" ilə matçın (2:2) nəticəsini şərh edib.

"Report" xəbər verir ki, qarşılaşmada iki penalti reallaşdırmış Ronaldu oyunun çətin keçdiyini vurğulayıb.

"Mürəkkəb oyun, amma çox vacib an. Sona kimi mübarizə aparmaqda davam edirik", - Ronaldu özünün "Instagram"dakı hesabında yazıb.

"Yuventus" 32 turdan sonra 76 xal yığaraq A Seriyasının turnir cədvəlində birinci yeri tutur. "Atalanta" 67 xalla üçüncü yerdə qərarlaşıb. "Yuventus" İtaliya çempionatının növbəti turunda "Sassuolo" ilə oynayacaq. Oyun iyulun 15-də keçiriləcək.

Ronaldu Turin klubuna 2018-ci ildə keçib. Futbolçunun transferinin məbləği 117 milyon avro təşkil edib. Ronaldunun klubla müqaviləsi 2022-ci ildə başa çatır. Portuqaliyalı İtaliya çempionatının cari mövsümündə 28 matçda iştirak edib, 28 qol vurub və 5 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi