Ronaldu "İnstagram"da abunəçilərinin sayına görə birinci yerə yüksəlib

Ronaldu "İnstagram"da abunəçilərinin sayına görə birinci yerə yüksəlib Bakı. 30 oktyabr. REPORT.AZ/ Yuventus klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu İnstagramda ən məşhur şəxs olub.
Futbol
30 Oktyabr , 2018 06:44
Ronaldu İnstagramda abunəçilərinin sayına görə birinci yerə yüksəlib

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Yuventus" klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu "İnstagram"da ən məşhur şəxs olub.

“Report” xəbər verir ki, mütəzəm olaraq öz səhifəsinə postlar yerləşdirən futbolçunun "İnstagram" abunəçilərinin sayı 144 milyon 200 min nəfəri ötüb.

Ronaldu bu göstəriciyə görə, əvvəlki lider – hazırda 144 milyon abunəçisi olan amerikalı müğənni və aktrisa Selena Qomesi geridə qoyub.

Ronaldu beşqat "Qızıl top" sahibi və beşqat Çempionlar Liqası qalibidir, o həmçinin Avropa çempionudur. O, ötən yay 117 milyon avroya Madrid "Real"ından Turin "Yuventus"una keçib.

Cari mövsümdə futbolçu İtaliya komandasının heyətində bütün turnirlərdə keçirdiyi 12 oyuna 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bundan əvvəl Ronaldunun dublu "Yuventus"a ölkə çempionatında qələbə qazandırıb.

Son xəbərlər

Orphus sistemi