"Roma" öz meydanında "Milan"la heç-heçə edib

"Roma" öz meydanında "Milan"la heç-heçə edib Bakı. 4 fevral. REPORT.AZ/ Futbol üzrə İtaliya A Seriyasında XXII turun mərkəzi görüşü Roma və Milan komandaları arasında keçirilib.
Futbol
4 Fevral , 2019 06:21
Roma öz meydanında Milanla heç-heçə edib

Bakı. 4 fevral. REPORT.AZ/ Futbol üzrə İtaliya A Seriyasında XXII turun mərkəzi görüşü "Roma""Milan" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, paytaxtın "Olimpiko" stadionunda təşkil olunmuş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 26-cı dəqiqədə qonaq komandadan Kşiştof Pyontek açıb. Meydan sahiblərinin isə bərabərlik qolunu 46-cı dəqiqədə Nikolo Zanyolo vurub.

Bu nəticədən sonra "Milan" 36 xalla 4-cü, "Roma" 35 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, hesabat turunda ilk 3 pillədəki komandalardan "Yuventus" evdə "Parma" ilə 3:3 hesablı heç-heçə edib. "Napoli" "Sampdoriya"nı darmadağın edib - 3:0. "İnter" isə "Bolonya"ya uduzub. Hazırda "Yuventus" 60 xalla lider, "Napoli" 51 xalla 2-ci, "İnter" 40 xalla 3-cüdür.

Son xəbərlər

Orphus sistemi