"Roma"nın baş məşqçisi: "Qarabağla oyundan sonra nələrisə düz etmədik"

"Roma"nın baş məşqçisi: "Qarabağla oyundan sonra nələrisə düz etmədik" "Baş verənlər bizə dərs olmalıdır"
Futbol
30 Mart , 2018 16:30
Romanın baş məşqçisi: Qarabağla oyundan sonra nələrisə düz etmədik

Bakı. 30 mart. REPORT.AZ/ İtaliyanın "Roma" klubunun baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının qrup mərhələsində qarşılaşdıqları "Qarabağ"la ev oyunundan sonra komandasının yaxşı oyun sərgiləmədiyini söyləyib.

"Report"un məlumatına görə, 49 yaşlı mütəxəssis İtaliya A Seriyasının 30-cu turunda səfərdə "Bolonya" ilə matçdan öncə təşkil olunan mətbuat konfrasında "Qarabağ"la oyundan sonra komandanın arxayınlaşdığını vurğulayıb. Di Françesko deyib: "Qarabağ"la matçdan sonra nələrisə düzgün etmədik. Komanda sanki arxayınlaşdı. Biz həmişə başqalarını günahlandırırıq. Mən bununla razı deyiləm. İndi isə komanda fiziki olaraq özünə gəlməyə başlayıb. Bütün komandalar çətin anlardan keçib və yaxşı nəticələrə nail ola bilməyib. Baş verənlər bizə dərs olmalıdır. Daha da diqqətli olmalı və gələcəyi qiymətləndirməliyik".

Qeyd edək ki, 2017-ci il dekabrın 5-də keçirilmiş "Roma" - "Qarabağ" matçında meydan sahibləri 1:0 hesabı ilə qalib gələrək Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb. Hazırda "Roma" A Seriyasında 59 xalla 3-cü pillədə qərarlaşıb.   

Son xəbərlər

Orphus sistemi