Rivaldo sahibi olduğu klubu satışa çıxarıb

Rivaldo sahibi olduğu klubu satışa çıxarıb Moji-Marin" növbəti mövsümdən Braziliya B seriyasında mübarizə aparacaq
Futbol
3 Dekabr , 2014 09:56
Rivaldo sahibi olduğu klubu satışa çıxarıb

Bakı. 3 dekabr. REPORT.AZ/ FİFA versiyası üzrə 1999-cu ilin ən yaxşı futbolçusu Rivaldo özünün sahibi olduğu "Moji-Mirin" klubunu satmağı qərara alıb. "Report"un məlumatına görə, braziliyalı sabiq dünya çempionu "İnstagram" səhifəsində elan yerləşdirib. 

"Maraqlananlar "[email protected]" ünvanına müraciət edə bilərlər" deyə 42 yaşlı ulduz yazıb. 

Qeyd edək ki, "Moji-Marin" növbəti mövsümdən Braziliya B seriyasında mübarizə aparacaq. Rivaldo 2008-ci ildən klubun prezidenti idi. 

Son xəbərlər

Orphus sistemi