Rəşad Sadıqov: "Buraxdığımız kiçik səhvlərdən rəqib yaxşı istifadə etdi"

Rəşad Sadıqov: "Buraxdığımız kiçik səhvlərdən rəqib yaxşı istifadə etdi" Bakı. 23 mart. REPORT.AZ/ “Müsbət nəticə gözləyirdik. Bu istəklə də oyuna hazırlaşmışdıq.
Futbol
23 Mart , 2018 17:11
Rəşad Sadıqov: Buraxdığımız kiçik səhvlərdən rəqib yaxşı istifadə etdi

Bakı. 23 mart. REPORT.AZ/ “Müsbət nəticə gözləyirdik. Bu istəklə də oyuna hazırlaşmışdıq." 

"Report"un məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Sadıqov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Kosovaya 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

Gənc çalışdırıcı qeyd edib ki, millimiz pis mübarizə aparmadı: "İstəkli idilər, çalışırdılar ki, yaxşı nəticə olsun. Təəssüf ki, sonda məğlub olduq. Buraxdığımız kiçik səhvlərdən rəqib yaxşı istifadə etdi. İşimiz çoxdur, işləməliyik. Qarşıdakı oyunda çalışacağıq ki, daha yaxşı oynayaq və yaxşı nəticə qazanaq".

Xatırladaq ki, milli komandamız martın 27-də səfərdə İrlandiya yığması ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi